pxl
pxl
bg
Thames Insurance Group
Axtar
pxl
pxl str Şirkət haqqında str Onlayn sığorta str Statistika str Xəbərlər str Əlaqə
aze pxl eng pxl рус
 
Korporativ müştərilər üçün
Fərdi şəxslər üçün
Mühafizə olunmağın ən vacib tədbirləri


str Zorakılıq

Heyətə qarşı zorakılıq
Heyətə qarşı zorakılıq əməkdaşlara və biznes fəaliyyətinə çox ciddi şəkildə təsir edir. Heyət ağrı, zərərə məruz qala bilər və uzunmüddətli sağlamlıq problemləri yaşaya bilər. Sizin biznes fəaliyyətiniz, imiciniz və heyətın saxlanması bir çox problemlərlə qarşılaşa bilər. Siz hətta qanuni iddialar və daha yüksək sığorta ödənişləri ilə qarşılaşa bilərsiniz.

Sizin yerləşmə yeriniz və fəaliyyət növünüz heyətə qarşı zorakılıq baş vermə ehtimallarına təsir edir. Lakin, bütün işəgötürənlər etibarlı iş yeri ilə təmin etmək üçün qanuni məsuliyyət daşıyırlar.

Riskin qiymətləndirilməsi
Heyətə qarşı zorakılığın qarşısını almaq və onə nəzarət etmək üçün, siz təhlükəni dərk etməlisiniz. Riskin qiymətləndirilməsini aparın və vaxtaşırı nəzarət edin. Bu, heyətlə danışıq və hadisələrin qeyd olunması və qruplaşdırılmasını nəzərdə tutur. Binalarda saxlanılan mallara və nağd pula, habelə heyətlə insanlar arasında olan əlaqəyə diqqət yetirin. Zorakı hadisələrin əksəriyyəti oğurluq, hirsli müştərilər, sərxoş və ya narahat edilmiş müştərilərlə əlaqədardır.

Strategiya
Riskin qiymətləndirilməsindən istifadə edərək, heyətin mühafizəsinə kömək etmək üçün strategiya hazırlayın. Bu, aşağıdakıları əhatə etməlidir:

  • İnformasiya yayımı və heyətin təlimləndirilməsi
  • İş yeri planının təkmilləşdirilməsi
  • Təhlükəsizliyi nəzərə almaqla işlərə yenidən baxma
  • Fiziki təhlükəsizliyin təkmilləşdirilməsi
  • Fövqəladə hallar üçün prosedurlar hazırlanması.

Zorakı hadisə baş verdikdə
Əgər heyət üzvü zorakılığın qurbanı olarsa, onun sizin dəstəyinizə ehtiyacı olacaq. Başqaları da bu təsirə məruz qala bilər.

Hadisə barədə məlumat verilməsi
Sizə hadisə barədə məlumat vermək lazım gələ bilər. Siz ölüm hadisələri, ciddi yaralanmalar və üç gündən artıq iş buraxmaya səbəb olan qəzalar, habelə təhlükəli hadisələr barədə məlumat verməlisiniz. Lakin, zorakılıq hərəkətlərinin səbəb olduğu bəzi hadisələr barədə də polisə məlumat verilməsi tələb oluna bilər.

Online Əmlak Sığortası

Online Nəqliyyat Sığortası

İlin Avtomobil Sığortaçısı


pxl bg
Sayt Ceyxun İmanov studiyasında hazırlanıb Əlaqə: Azərbaycan, Bakı, Təbriz küçəsi, 30, AZ1008
T: (+99412) 496 91 01, 496 91 02, 496 91 03, 496 91 04, və 496 91 05
F: (+99412) 496 91 06
Mob: (+99450) 225 63 93
e-Poçt: ins@tig.az
Bütün hüquqları qorunur.