pxl
pxl
bg
Thames Insurance Group
Axtar
pxl
pxl str Şirkət haqqında str Onlayn sığorta str Statistika str Xəbərlər str Əlaqə
aze pxl eng pxl ðóñ
 
Korporativ müştərilər üçün
Fərdi şəxslər üçün
Mühafizə olunmağın ən vacib tədbirləri


str Əmlakın təhlükəsizliyi

Binaların təhlükəsizliyi
Əmlakınızın tam mühafizə olunması üçün, o daxildən və xaricdən etibarlı (bağlanmış) olmalıdırlar. Lazımi mühafizə sizin fəaliyyət növündən və yerləşmə yerindən çox asılıdır.

Xaricdən

  • Qapı və pəncərələri möhkəmləndirin və ya yenisi ilə əvəz edin. Çox-təbəqəli şüşə və daxili kilid kimi güclü materiallar seçin – Qapı blokları – çərçivə, qapı kilidi və metal bərkitmə vasitələrini quraşdırın.
  • Həyəcan siqnalı sistemini quraşdırın və müşahidə kameraları yerləşdirin.
  • Girişləri işıqlandırın.
  • Barmaqlıq və jalüzlər quraşdırın.
  • Sərhədləri möhkəmləndirin.
  • Nərdivanları kilidləyin və düz damlara və yağış suyu üçün quraşdırılmış borulara çıxışı məhdudlaşdırın.
  • Divarlardakı yazıları (qraffiti) təmizləyin və binaya qayğı göstərilən görkəm verin.
  • Nəqliyyat vasitələrinin, çöldə saxlanılan malların və çöldəki binaların mühafizəsini təmin edin.
  • Zibilləri təmizləyin, yandırılma riskini məhdudlaşdırın – binalara yaxın alışan materiallar saxlamayın.

Daxildən

  • Vitrinlərin görünüşü bağlamamasını təmin edin.
  • Rəflərin hündürlüyünü aşağıda saxlayın ki, müştərilər görünsün.
  • Piştaxtaları enli edin və arxadakı döşəməni qaldırın.
  • Qəza halında heyət üçün təhlükəsiz yerləri təmin edin. Heyətın olduğu sahələrə açılan qapılar kilidlənə bilən olmalıdır.
  • Dəyərli malları rəflələ, barmaqlaqlarla, həyəcan siqnalları və aldadıcı mallarla mühafizə edin.
  • Dəyərli şeylərin yerləşdirilməsi ilə əlaqədar yerli polis məntəqəsi ilə məsləhətləşin.
  • Xəbərdarlıq nişanları qoyun.
  • Görünməyən sahələri göstərmək üçün güzgülərdən istifadə edin.
  • Nağd pul və qiymətli əşyaları saxlamaq üçün seyfdən istifadə edin.
  • Gecə vaxtları vitrinlərdən yüksək dəyərə malik olan daşına bilən şeyləri götürün.
  • Kompüter və məlumatları sınaqdan keçirilmiş bağlı yerlərdə saxlayın.

Ümumi plan
Qonaqpərvər mühit zorakılığın qarşısını almağa kömək edir. Rənglər, dekorasiya, mebel və musiqi fonu aqressiyanı azalda bilər.

Yeni və ya təmir olunmuş binalar dizayn mərhələsində cinayətin qarşısını alma vasitəsini quraşdırmaq imkanı verir.

Binalarda hər hansı konfiqurasiya dəyişikliyi və ya biznes praktikasına dəyişikliklər etməzdən qabaq və sonra təhlükəsizlik məsələlərini bir daha nəzərdən keçirin.

Online Əmlak Sığortası

Online Nəqliyyat Sığortası

İlin Avtomobil Sığortaçısı


pxl bg
Sayt Ceyxun İmanov studiyasında hazırlanıb Əlaqə: Azərbaycan, Bakı, Təbriz küçəsi, 30, AZ1008
T: (+99412) 496 91 01, 496 91 02, 496 91 03, 496 91 04, və 496 91 05
F: (+99412) 496 91 06
Mob: (+99450) 225 63 93
e-Poçt: ins@tig.az
Bütün hüquqları qorunur.