Müşahidə kameraları ilə nəzarət
Müşahidə kameraları sizin binanın daxilinə və ya xaricinə nəzarət etmək üçün istifadə olunur. Bəzi müşahidə kamera sistemləri onların özəl şirkət və ya heyətın hər hansı üzvü tərəfindən idarə olunmasını tələb edir. Bu zaman operatorun lazımi qaydada təlim keçməsini təmin edin.
Müşahidə kameraları aşağıdakılarda kömək edə bilər:
- oğruları müəyyən etməklə;
- uzaq məsafələrə və ya eyni zamanda birdən artıq sayda sahəyə nəzarət etməklə;
- binalara təhlükəsizlik şəraitində nəzarət olunmasına şərait yaratmaqla;
- daxil olan kənar şəxslərin müəyyən olunmasında və məhkəməyə cəlb olunmasında polisə kömək etməklə.
Məhkəmə prosesində video sübutdan istifadə edilməlidirsə, müşahidə kameralarından istifadə edərkən ciddi prosessual normalara riayət etməlisiniz. Məsələn, çəkilmiş materialla birlikdə, tarix və vaxt da qeyd olunmalıdır.
Müşahidə kameralarının seçilməsi
Sizin Müşahidə kameraları seçməyiniz mal, maşın və ya ofis avadanlığının dəyərindən və sizin binanın növündən və yerləşmə yerindən asılıdır.
Kameraların quraşdırılması
Kameraları aşağıdakı sahələrdə quraşdırın:
- müdaxilə edən şəxslər üçün xüsusilə zəif olan yerlərdə;
- avtomobil parkları və bu kimi heyətın tək və ya zəif ola biləcəyi yerlərdə;
- görünüşün az və ya xüsusilə sakit olan yerlərdə.
Sizin müşahidə kameralarına malik olduğunuzu elan edən xəbərdarlıq asın.
Aşağıdakıları riayət etməyə çalışın:
- kameraları hücumdan qoruyun;
- kameranın qarşısında maneə yaranmasına yol verməyin;
- lazım olduqda sübut kimi istifadə edilmək üçün lenti arxivləşdirin.


