Təhlükəsizlik siqnalları
Həyəcan siqnalları sizə, mühafizə şirkətinə və ya polisə binaya kənar şəxslərin daxil olması barədə xəbərdarlıq etməklə binanın mühafizəsinə kömək edir. Onlar, həmçinin, birinci növbədə ehtimal olunan kənar şəxsləri binaya girməkdən saxlayır.
Binaların daxilində və xaricində yaxşı mühafizə sisteminin təmin olunmasında, həyəcan siqnallarının rolu böyükdür. Bazarda böyük müxtəliflik mövcuddur – onlar:
- Ultrasəs, fasiləli şüa, mikrodalğa texnologiyası və ya hissetmə vibrasiyalarından istifadə olunan siqnallar;
- Polislə əlaqə yaradacaq monitorinq mərkəzinə birəlşdirilən siqnallar;
- Əlavə mühafizə üçün müşahidə kameralarına və ya tüstü, fluoresent səpən sistemlərə qoşulan siqnallar.
Yanlış həyəcan siqnalları
Xəbərdarlıq sisteminizi müntəzəm yoxlayın. Yanlış xəbərdarlıq siqnallarının səbəblərini araşdırın və onların təkrar olunmamasını təmin edin.
Siqnalizasiya sisteminin seçilməsi
Sizin siqnalizasiya sistemini seçməyiniz aşağıdakılardan asılıdır:
- Mal, maşın və ya avadanlıqların dəyərindən;
- Binaların növündən və yerləşmə yerindən.
Tələblərinizə hansı sistemin cavab verdiyi barədə məsləhət alın. Öz sığorta şirkətinizdən və ya polisdən soruşun. Sığortaçı sizi sığorta etməzdən qabaq xüsusi sistem standartı tələb edə bilərlər.
Elə siqnalizasiya sistemləri quraşdırın ki, onlar:
- Həm Sığortaçının və həm də polisin tələblərinə cavab versin;
Siqnalizasiyaya malik olduğunuzu elan edən bildiriş asın.


