Temz Sığorta Qrupu təşkilati-hüquqi formasını dəyişdirərək ASC-yə cevrildi.
15-05-2009
Temz Sığorta Qrupu Qapalı Səhmdar Cəmiyyəti Səhmdarlarının Ümumi Yığıncağının 3 aprel 2009-cu il tarixli qərarı ilə Cəmiyyət təşkilati-hüquqi formasını dəyişərək, Temz Sığorta Qrupu Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir.
Qeyd edək ki, artıq 1996-cı ildən Azərbaycanın sığorta bazarınada fəaliyyət göstərir. Azərbaycan və Böyük Britaniya arasında müştərək şirkət kimi fəaliyyət göstərir və hər iki tərəfdən səhmdarlara malikdir. Eyni zamanda Qırğızıstan Respublikasındakı «Anglo-Kyrgyz Insurance Company»-nin təsisçisidir.
Thames Insurance Group inkişafa doğru növbəti addımını atır.
05-09-2006
Artıq Thames Insurance Group-un yeni Satış
Bölməsi fəaliyyətə başlamışdır. Filiallarının
sayını durmadan artıran Thames Insurance Group sentyabr
ayının 1-də şirkətin növbəti yeni Satış
Bölməsinin açılışını qeyd etdi. Satış
bölməsi Ənvər Qasımov küçəsi 72
ünvanında yerləşir. Satış bölməsinin
yaradılmasının əsas səbəbi şirkətin
müştərilərinin sayının artması
olmuşdur. Məhz bu bölmə vasitəsi ilə
şirkət sayı müntəzəm artan
müştərilərinə tam xidmət göstərə
biləcəkdir. Əsasən fərdi şəxslərə
avtomobil, əmlak, və digər sığorta növləri
təklif edən Satış bölməsi korporativ
müştərilərin də cəlb edilməsi üzrə
fəaliyyətini davam etdirəcəkdir. Artıq
müştərilər yeni fəaliyyətə
başlamış ofisə müraciət etməklə daha
operativ və daha dəqiq xidmət olunacaqlar. Belə ki, Satış
bölməsi ancaq müştəriləri qəbul edir və
geniş sığorta xidməti təklif edir. Hər bir
müştəri fərdi olaraq qəbul edilir və
istəyinə uyğun olan sığorta haqqında geniş
məlumat almış olur. Və dərhal, ən qısa
müddətdə sığorta sertifikatı
müştəriyə təqdim olunur.
Satış bölməsində Onlayn Sığortanın inkişafına və genişləndirilməsinə də daha çox diqqət ayrılmışıdr. Belə ki, internet saytda qeydiyyatdan keçməklə müştərilər Satış bölməsi əməksaşları tərəfindən daha tez məlumatlandırılacaq və eyni zamanda aldıqları sığortaya görə 10% güzəşt də əldə edəcəklər. Bu kimi bölmələrin açılması nəinki fərdi və korporativ müştərilərə daha yaxın olmanı təmin edir həm də göstərilən xidmətin səviyyəsini artırır. Bu isə şirkətin diqqət mərkəzində saxladığı ən önəmli amildir.
Daim xidmət səviyyəsi ilə fərqlənən və seçilən Thames İnsurance Group Növbəti addımını Sığorta Hadisələri bölməsinin açılışı ilə atmaq niyyətindədir. Bu isə müştərilərə göstərilən xidmətin səviyyəsini daha artıracaq.
Şirkətin Bakı şəhərindəki baş ofisi ilə yanaşı Gəncə şəhərində filialı fəaliyyət göstərir. Regionlarda filial şəbəkəsinin genişləndirilməsi sahəsində işlər davam etdirilir. Bu isə şirkətin ildən-ilə artan müştərilərinə yaşadığı regiondan asılı olmayaraq hər növ sığorta xidmətlərindən istifadə etmək üçün bərabər imkan yaradır.
Qeyd edək ki, Thames Insurance Group artıq 10 yaşını qeyd edir. Mövcudluğu dövründə dayanmadan irəliləmiş və tükənməz nəaliyyətlər əldə etmişdir. Dünya standartlarına cavab verən sığorta xidmətlərinin inkişaf etdirilməsini və xidmət göstərilməsini əsas məqsəd kimi seçmış və bununla da müştərilərinin etibarını qazanmışdır.
Thames Insurance Group tenderin qalibi oldu
11-10-2005
Thames Insurance Group İpək Yolunun Hacıqabul-Kürdəmir hissənin təmir-tikinti işlərini əhatə edən layihənin sığortası üzrə elan olunan tenderin qalibi oldu.
Qeyd edək ki, tender İtaliyanın Todini Construzoni şirkəti tərəfindən elan olunmuşdu. Şirkət layihə çərçivəsində Hacıqabul-Kürdəmir yolunun 85.6 km uzunluğunda olan hissəsinin təmir-tikinti işlərini həyata keçirəcək. Bu layihənin həyata kecirilməsi üçün vəsait Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən ayrılmışdır.
Hal-hazırda Thames Insurance Group həmin layihədə təklif olunan bir neçə sığorta növü üzrə iştirak edir. Bunlar İnşaat işçilərinin bütün risklərdən sığortası, Podratçıların avadanlıqlarının sığortası və Üçüncü şəxslər qarşısında məsuliyyət sığortasıdır. Belə ki, göstərilən sığorta növləri üzrə verilmiş təklif xarici şirkətin daha çox diqqətini çəkmiş və bununla da Thames Insurance Group tenderə qatılmış digər yerli şirkətləri üstələməyə nail olmuşdur.
Qeyd edək ki, Thames Insurance Group 1996-cı ildən Respublikada fəaliyyət göstərir və göstərilən sığorta növləri üzrə böyük təcrübəyə malikdir. Hal-hazırda şirkətin Bakı şəhərindəki baş ofisi ilə yanaşı Gəncə şəhərində yeni filialı fəaliyyət göstərir. Şirkət gələcəkdə filial şəbəkəsini genişləndiməyi planlaşdırır ki, bu da öz növbəsində regionlarda sığorta sahəsinin inkişafına təkan verəcək və müştərilərə tez və effektiv xidmət göstərilməsinə şərait yaradacaq.
Thames Insurance Groupun beynəlxalq standartlara uyğun fəaliyyəti təsdiqləndi.
02-09-2005
Fəaliyyətə başladığı dövrdən Thames Insurance Group daim şirkətdaxili korporativ idarəetmə sistemini inkişaf etdirib təkmilləşdirir. Ötən ilin sonlarından başlayaraq bu sistemin beynəlxalq arenada təsdiqlənməsi sahəsində işlərə başlamışdır. Bunun nəticəsi olaraq 12 avqust 2005-ci il tarixində şirkətin beynəlxalq standartlara uyğun fəaliyyəti təsdiqləyən CH05/0523 nömrəli sertifikat imzalandı. Şirkət artıq idarəetmə sisteminin keyfiyyətini təsdiqləyən ISO 9001:2000 Beynəlxalq Standartına uyğun olaraq Keyfiyyət Menecmenti Sisteminin sertifikatına sahib oldu. Qeyd etmək lazımdır ki, şirkət daxilində sertifikasiya üçün hazırlıq işləri ötən ilin sonlarından başlamışdır. Sertifikasiya «SGS» şirkəti tərəfindən aparılırdı. Amma imzalanan müqaviləyə əsasən «Thames İnsurance Group»da Keyfiyyət Menecmenti Sisteminin tətbiqinə dair bütün prosedur işlər «Medeî Consulting» şirkəti tərəfindən aparıldı. Hələ əvvəldən bir neçə dəfə seminar və müsahibələr keçirən məsləhətçi ekspertlər şirkətin iş prosesinin beynəlxalq standartlara uyğun olduğunu bildirmişdilər. Aparılan müsahibələrdən və yoxlama prosesindən idarəedici personal müvəffəqiyyətlə keçmişdir. Hesab olunur ki, sistemin tətbiqi ìüntəzəm olaraq nizamnamə kapitalını artırmağa, gələcək illərdə şirkətin daha da inkişafına və sığorta növləri üzrə müştərilərə daha geniş sığorta xidmətlərinin göstərilməsinə şərait yaradacaq.
Artıq ötən ildən bəri şirkət nəzərəçarpacaq dərəcədə inkişaf etmişdir. Şirkət Qırğızıstan Respublikasındakı «Anglo-Êyrgyz İnsurance Company»-nin səhmlərinin bir hissəsinə sahib olmaqla Azərbaycanda xarici ölkədəki şirkətə təsisçilik edən ilk və yeganə sığorta şirkətinə çevrilmişdir.
Thames Insurance Group “Caspian Energy Integration Award – 2005” Beynəlxalq İşgüzar mükafatının 2005-ci ilin “Avto Nəqliyyat Sığortası üzrə İlin Sığorta Şirkəti” nominasiyasının qalibi olmuşdur.
Bu ilin altı ayı üçün yığılan sığorta mükafatları ötən ilin müvafiq dövrünə nisbətən 50% artmışdır. Qeyd edək ki, 2005-ci ilin I yarım ili üçün Thames Insurance Group-da yığılan sığorta mükafatları 2849.4 mln. manat təşkil etmişdir. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 938 mln. manat çoxdur.
Yığılan sığorta mükafatlarının böyük hissəsi – 776.6 mln. manat könüllü avtomobil sığortası üzrə toplanmışdır. Yığılan sığorta mükafatları əmlak sığortası üzrə 625 mln. manat, könüllü tibbi sığorta növü üzrə - 190 mln. manat, qəza sığortası üzrə - 152.5 mln. manat, icbari avtomobil sığortası üzrə - 5.7 mln. manat, yanğından icbari sığorta üzrə - 0.6 mln. manat təşkil etmişdir.
2005-ci ilin I yarım ili üçün Thames Insurance Group ümumi olaraq 606.4 mln. manat sığorta ödənişi etmişdir. O cümlədən 503.3 mln. manat könüllü avtomobil sığortası üzrə, 81.4 mln. manat könüllü tibbi sığorta növü üzrə sığorta ödənişi edilmişdir.
2005-ci ilin I yarım ili üçün Thames Insurance Group-da artım 50% təşkil etmişdir
02-08-2005
2005-ci ilin I yarım ili üçün Thames Insurance Group-da yığılan sığorta mükafatları 2849.4 mln. manat təşkil etmişdir. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 938 mln. manat çoxdur.
Yığılan sığorta mükafatlarının böyük hissəsi – 776.6 mln. manat könüllü avtomobil sığortası üzrə toplanmışdır. Yığılan sığorta mükafatları əmlak sığortası üzrə 625 mln. manat, könüllü tibbi sığorta növü üzrə - 190 mln. manat, qəza sığortası üzrə - 152.5 mln. manat, icbari avtomobil sığortası üzrə - 5.7 mln. manat, yanğından icbari sığorta üzrə - 0.6 mln. manat təşkil etmişdir.
2005-ci ilin I yarım ili üçün Thames Insurance Group ümumi olaraq 606.4 mln. manat sığorta ödənişi etmişdir. O cümlədən 503.3 mln. manat könüllü avtomobil sığortası üzrə, 81.4 mln. manat könüllü tibbi sığorta növü üzrə sığorta ödənişi edilmişdir.
İlin sığorta şirkəti
27-06-2005
Thames Insurance Group càri ildə növbəti uğurunu əldə edir. Belə ki, iyunun 4-də "Gülüstan" sarayında Xəzər İnteqrasiya İşgüzar Klubunun "Caspian Energy İntegration Award-2005" mükafatlarının təqdimetmə mərasimi olmuşdur. Həmin mərasimdə Thames Insurance Group ilin sığorta şirkəti adına layiq görülmüşdür.
1 noyabr 2004-cü ildən 15 yanvar 2005-ci ilədək aparılan ekspert sorğusunun nəticələrinə əsasən, dünyanın 30 ölkəsindən olan 1200 şirkətin rəhbər və nümayəndələri arasında Thames Insurance Group “Caspian Energy Integration Award – 2005” Beynəlxalq İşgüzar mükafatının 2005-ci ilin “Avto Nəqliyyat Sığortası üzrə İlin Sığorta Şirkəti” nominasiyasının qalibi olmuşdur. İyunun 4-də "Gülüstan" sarayında êåçirilən təqdimetmə mərasimində şirkətin baş müdiri cənab Rüfət Musayev və satış şöbəsinin müdiri Pərvanə Hacıyeva iştirak etmişlər. “Avto Nəqliyyat Sığortası üzrə İlin Sığorta Şirkəti” nominasiyası üzrə mükafatı şirkətin baş müdiri R.Musayevə Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev təqdim etmişdir. Öz çıxışında R.Musayev təşkilatçılara minnətdarlığını bildirmiş və bu kimi tədbirlərin sığorta sektorunun inkişafında əhəmiyyətli olacağını söyləmişdir.
Thames Insurance Group xarici şirkətə təsiscilik edir.
27-06-2005

«Thames Insurance Group» Gürcüstan və Qırğızıstan Respublikalarında 7 ildən çox bir müddətdə fəaliyyət göstərən və hal-hazırda bu ölkələrdə ən əsas sığorta kompaniyalarından sayılan törəmə şirkətlər qrupuna daxildir. 2004-cü ilin əvvəlindən etibarən həmin şirkətlər qrupunun Qafqaz və Orta Asiya üzrə regional mərkəzi olaraq «Thames Insurance Group» såçilmişdir.
Şirkət beynəlxalq sferada fəaliyyət dairəsini daim genişləndirir. Belə ki, 2004-cü ildə Qırğızıstan Respublikasındakı «Anglo-Êyrgyz İnsurance Company»-nin səhmlərinin 30%-nə sahib olmaqla «Thames Insurance Group» həmin şirkətin Azərbaycandaki təsisçisi olmuşdur. Bununlada «Thames Insurance Group» Azərbaycanda xarici ölkədəki şirkətə təsisçilik edən ilk və yeganə sığorta şirkətinə çevrilmişdir. Hal-hazırda şirkət «Anglo-Êyrgyz İnsurance Company»-nin səhmlərinin daha 30%-ni almaq niyyətindədir. Son 4 ay ərzində şirkətin rəhbərliyi bir neçə dəfə Qırğızıstan Respublikasında olmuş və görüləcək işlər barədə danışıqlar aparılmışdır. Bunun nəticəsi olaraq yaxın zamanlarda « Anglo-Êyrgyz İnsurance Company»-nin adının «Thames Insurance Group» adı ilə əvəz olunması gözlənilir.
Şirkət öz uğurlu fəaliyyətini davam etdirərək gələcəkdə Gürcüstan Respublikasındakı «Anglo-Georgian İnsurance Company»-nin təsisçisi olmağı planlaşdırır. Artıq «Anglo-Georgian İnsurance Company»-nin adı dəyişilərək «Thames Insurance Group» olmuşdur. Yeni adla fəaliyyətini davam etdirən şirkət öz yeni www.tig.ge veb saytını da təqdim etmişdir.


