pxl
pxl
bg
Thames Insurance Group
Axtar
pxl
pxl str Şirkət haqqında str Onlayn sığorta str Statistika str Xəbərlər str Əlaqə
aze pxl eng pxl ðóñ
 
Korporativ müştərilər üçün
Fərdi şəxslər üçün
Mühafizə olunmağın ən vacib tədbirləri


str Tibbi sığorta

«HƏR ZAMAN QAYĞI VƏ KÖMƏK»

KÖNÜLLÜ TİBBİ SIĞORTANIN (KTS) ƏHƏMIYYƏTI

Tibbi xidmətlər ən dəyərli xidmətlər sırasına daxildir və getdikcə dəyəri daha da artır. Əgər bədbəxt hadisə baş versə və ya agır xəstəliklə üzləşsəniz tibbi xidmət xərclərini ödəməkdə çətinlik cəkə bilərsiniz. Məhz bu səbəbdən siz özünüzü maliyyə cəhətdən müdafiə etmək üçün digər sığorta növləri kimi tibbi sığorta da əldə edə bilərsiniz. Tibbi sığorta sizi və ailənizi yüksək tibbi xidmət xərcələrindən müdafiə edir. Sığortalanmaqla sizin tibbi xərclərinizi üçüncü tərəf ödəyir. Tibbi sığorta sertifikatı aldığınız halda, üçüncü tərəf kimi sığorta şirkəti çıxış edir. Digər hallarda üçüncü tərəf kimi işə götürən şirkət çıxış edə bilər.

FIZIKI ŞƏXSLƏRIN TIBBI SIĞORTASI

Siz tibbi sığorta paketini fiziki şəxs kimi əldə edə bilərsiniz.

KTS proqramları müxtəlifdir. Onların hər birinin müsbət və mənfi cəhətləri mövcuddur. Bu səbəbdən hər hansı bir şəxs üçün hazırlanmış KTS proqramı digər bir şəxs və ya ailə üçün uyğun olmaya bilər. Buna görə də hər bir şəxs üçün KTS proqramlarının hazırlanmasına fərdi yanaşmaq lazımdır.

UŞAQLARIN SIĞORTASI

Uşaqlar üçün Siz bahalı olmayan KTS paketi seçə bilərsiniz.

Hər bir valideyn uşağının sağlam, güclü böyüməsini təmin etmək istəyir. Lakin digər valideynlər kimi Siz də uşağınızın tibbi sığortasının olmamasına görə narahatsınız. Bizə müraciət etməklə Sizə müvafiq KTS proqramini seçir və uşağınızın təminat altında olduğuna əmin olursunuz.

DÜZGÜN SEÇIM EDIN

KTS proqramları müxtəlifdir, məhdud tibbi xidmətli proqramlardan, geniş tibbi təminatlı proqramlaradək. Siz istədiyiniz tibbi xidməti seçərək, onu KTS proqramına daxil edə bilərsiniz.

XİDMƏTLƏR

  1. Stasionar xidmətlər
  2. Stasionardan sonraki müalicə
  3. Ambulator xidmətlər
  4. Dərman təchizatı
  5. Fizioterapiya
  6. Təcili stomatoloji xidmətlər
  7. Müntəzəm stomatoloji xidmətlər
  8. Təcili tibbi yardım xidməti
  9. Təcili tibbi evakuasiya
  10. Doğum və doğuma yardım
  11. Görmə qabiliyyətinin müayinəsi
  12. Tibbi avadanlıqlar
  13. Kimyəvi və radioterapiya
  14. Tibbi müayinə
  15. Vaksinasiya
  16. Vitaminləşdirilmə
  17. Ölü cəsədlərin gətirilməsi
  18. Sanator-bərpa müalicəsi

Tibbi sığorta sahəsi mürəkkəbdir. Belə ki, hər bir şəxsə fərdi yanaşaraq ona uyğun KTS proqrami hazırlanır.

ƏRİZƏ FORMASI

Siz sağlamlığınız haqqında geniş məlumat vermək üçün ərizə formasını doldurmalısınız. Ehtiyac olduqda daha dəqiqi və ətraflı məlumat üçün sığortaçı Sizin müəlicə edən həkimlə əlaqə saxlaya bilər. Sığoratçının istədiyi məlumatı düzgün təqdim etmək vacibdir. Əgər təqdim oluna məlumat tam və ya dəqiq deyilsə, sığortaçı ödəniş etməkdən imtina ed bilər və hətta sığorta müqaviləsini dayandıra bilər. Doldurulmuş və sığortalı tərəfindən imzalanmış ərizə forması sığortalı və sığortaçı arasında vacib sənəddir və müqavilənin əsasını təşkil edir.

MƏLUMATLARIN MƏXFILIYI

Sığortaçı Sizin təqdim etdiyiniz məlumatın, o cümlədən sağlamlıq haqqında məlumatın tam məxfiliyinə taminat verir.

SIĞORTA PAKETİ

Hər bir sığortalıya aşağıdakılar daxil olmaqla KTS paketi təqdim olunur.

  • Tibbi kart hər bir sığortalıya təqdim olunur. Kartın üzərində 24 saat fəaliyyət göstərən dispetçer xidmətinin telefon nömrələri qeyd olunub.
  • Sığorta sertifikatı, KTS təminatının mövcudluğunu təsdiqləyən və nəzərdə tutulmuş şərtləri göstərən sənəd.
  • KTS qaydaları – Tibbi sığorta təminatı ətraflı açıqlanır.
  • Tibb müəssisələrin siyahısı

Ətraflı məlumat üçün aşağıda göstərilən əlaqə vasitələri ilə bizə müraciət edə bilərsiniz.

Müqavilə ilə əlaqədar suallar və əlavələr barədə aşağıdakı ünvan üzrə əlaqə saxlaya bilərsiniz:

(xəttlər Bazar Ertəsi-Cümə günlərində saat 09:00-dan 18:00-dək açıqdır)
Tel: (99412) 497 3520
497 3220
497 3720
Faks:(99412)497 3020
Tel (050) 255 0103 Dispetçer xidməti (24 saat).
E-mail: medical@tig.az

Bütün yazılı korrespondensiyalar aşağıdakı ünvana göndərilməlidir:
Azərbaycan, Bakı, Cəfər Cabbarlı küçəsi, 56

Online Əmlak Sığortası

Online Nəqliyyat Sığortası

İlin Avtomobil Sığortaçısı


pxl bg
Sayt Ceyxun İmanov studiyasında hazırlanıb Əlaqə: Azərbaycan, Bakı, Təbriz küçəsi, 30, AZ1008
T: (+99412) 496 91 01, 496 91 02, 496 91 03, 496 91 04, və 496 91 05
F: (+99412) 496 91 06
Mob: (+99450) 225 63 93
e-Poçt: ins@tig.az
Bütün hüquqları qorunur.