Azərbaycan Respublikası qanununa əsasən avtomobil yollarında və ya digər ictimai yerlərdə istifadə olunan hər bir nəqliyyat vasitəsi “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icabri sığortası” sertifikatını aımalıdır.
Əgər Siz, Sizin işçiləriniz və ya Sizin biznesdə çalışan hər bir şəxs avtomobildən istifadə edirsə aşağıdakıları mütləq nəzarətdə saxlamalısınız.
- Müəssisənin mülkiyyətində olan nəqliyyat vasitələri müvafiq sığorta ilə təmin olunmalıdır.
- Biznes və ya bizneslə əlaqəli iş üçün istifadə olunan hər hansı şəxsi nəqliyyat vasitələri üçün sığorta təminatı bizneslə əlaqədar olaraq genişləndirilməlidir.
- Həmçinin hər bir fərdi nəqliyyat vasitəsinin sığortası olmalıdır.
Siz həmçinin əmin olmalısınız ki, sığorta təminatı nəqliyyat vasitəsinin istifadə olunduğu uyğun biznes sahələrini əhatə edir. Məsələn, daimi səfərlərdə olan şəxslər, sığortaya, təsadüfi ezamiyyətdə olanlardan daha diqqətli, daha fərqli yanaşırlar.
Əgər bir neçə nəqliyyat vasitəsinin sahibisinizsə, Siz daha uyğun şərtlərlə sığorta təminatı ala bilərsiniz.
Siz bütün sürücülərinizin sürücülük vəsiqələrini yoxlamalı və baş vermiş Thames Insurance Groupa məlumat verməlisiniz. Siz, həmçinin, avtomobili sığorta etdirdikdən sonra baş vermiş qəza hadisələri barədə Thames Insurance Groupa məlumat verməlisiniz.
Thames Insurance Group fərdi və ya korporativ nəqliyyat vasitələri üçün aşağıdakı risklərə təminat verir:
- Nəqliyyat vasitəsinin itkisi və ya zədələnməsi;
- Nəqliyyat vasitəsinin oğurlanması;
- Nəqliyyat vasitəsinin 3-cü şəxslərə vurduğu ziyan;
- Nəqliyyat vasitəsindəki sərnişinlərin ölümü və ya sağlamlığına dəyən zərər. ( Fərdi qəza)
Thames Insurance Group tərəfindən hər bir sürücüyə müvafiq nəqliyyat kartı verilir. Qəza hadisəsi zamanı şirkətin mütəxəssisləri dərhal hadisə yerinə gəlir və bütün sənədləşmə prosesinin aparılmasını və nəqliyyat vasitəsinin qəza ərazisindən daşınması həyata keçirir.
Siz həmçinin www.tig.az internet saytı vasitəsilə sığorta sertifikatı əldə edə bilərsiniz.
İnternet saytımız vasitəsilə Sığorta sertifikatı almağın üstünlükləri.
- 10% güzəşt əldə edirsiniz
- Ofisimizə gəlməyə ehtiyac olmur
- Vasitəçilərlə əlaqə saxlamağa ehtiyac yoxdur
- Sığorta hadisəsi baş verdikdə, yalnız bir telefon zəngi kifayətdir.
![]() |
![]() |




