Thames Insurance Group gəmi sahiblərinə, dəniz və çay gəmiləri operatorlarına, gəmiqayırma və gəmi təmiri zavodlarına, yaxta, kater və su nəqliyyat sahiblərinə tam klassik sığorta xidməti təklif edir.
Su nəqliyyat vasitəri sığortası müqaviləsi beynəlxalq standartlara uyğundur və avtomatik olaraq beynəlxalq sığorta bazarlarında və Lloyd sindikatlarında təkrarsığorta müdafiəsini təmin edir.
Aşağıdakı hallarda sığorta müdafiəsi və dəyən zərərin ödənilməsi həyata keçırılir.
- Gəminin, maşın və mexanizmlərinin, əlavə qurğuların xəsarət alması və batması
- Ümumi qəza
- Gəminin bərpası üzrə xərclər
- Digər gəmilərlə toqquşma nəticəsində dəyən zərər
Thames Insurance Group həmçinin aşağıdakıları təminat altına alır.
- Gəmi sahiblərinin məsuliyyəti
- Gəmi tikintisi və təmiri zamanı dəyən zərər
- Gəminin yedəyə alınması zamanı dəyən zərər
- Gəmi yükünün itirilməsindən dəyən zərər
- Müharibə nəticəsində dəyən zərər
- Sərnişinlərin və gəmi heyətinin fərdi qəza sığortası
- Gəmi heyətinin tibbi xərcləri


