Əgər peşəkar fəaliyyətlə məşğulsunuzsa, peşə məsuliyyətinin sığortası Sizin üçün maraqlı ola bilər.
Siz nədən sığorta olunacaqsınız.
Bu sığorta növü, peşəkar fəaliyyət zamanı səhv etdiyiniz və ya səhlənkarlığa yol verdiyiniz halda sifarişçinin tələb etdiyi kompensasiyaya qarşı müdafiə edir. Peşə məsuliyyətinin sığortası, həmçinin, məhkəmə xərclərini də əhatə edəcək.
Peşəkarların əksəriyyəti peşə məsuliyyətinin sığortası polisinə malikdirlər. Əgər siz vəkil, mühasib və ya maliyyə məsləhətçisinizsə, peşə məsuliyyətinin sığortası polisini əldə etməlisiniz. Memar, məsləhətçi və dizaynerlər kimi peşəkarlar da adətən bu cür sığortanı seçirlər.
Tam sığorta təminatı aldığınıza əmin olun.
Peşə məsuliyyətinin sığortasını müzakirə edərkən nəzərə alınmalı amil ondan ibarətdir ki, hadisə ilə irəli sürülən iddia arasında adətən uzun yubanma olur, buna görə siz həm hadisənin baş verdiyi vaxt, həm də iddianın irəli sürüldüyü zaman sığorta təminatında olmalısınlz.
Bu, o deməkdir ki, əgər müəssisənizi bağlayırsınız və ya fəaliyyətinizi dayandırırsınızsa, sonrakı dövr üçün sığorta təminatı davam etdirməlisiniz.
Sənədləşmənin lazımi qaydada olduğuna əmin olun.
Sığorta tələblərini minimuma endirmək üçün sənədləşmənin lazımı qaydada olması əsas şərtdir. Sifarişçilərlə bağladığınız müqavilələrdə tərəflərin məsuliyyətinin qabaqcadan ifadə olunmasını təmin edin və şikayətlərlə vaxtında məşğul olun.


