İstehsalçıların mülki məsuliyyətinin sığortasında məhsul – satılmış hər hansı fiziki əşya hesab olunur.
Siz istehsal etdiyiniz məhsulun səbəb olduğu hər hansı ziyan və ya zərərə görə qanuna əsasən cavabdehsiniz.
Sizin məsuliyyətiniz
Əgər siz müştərinizi məhsulla təchiz edirsinizsə və məhsul baş vermiş ziyana səbəb olursa, həmin məhsulu siz istehsal etmədiyiniz halda belə müştəriləriniz şikayətlə ilk növbədə sizdən müracəiə edəcəklər.
Riskin xarakterinə və mükafata məhsulun kim tərəfindən satıldığı, onun necə və harada istifadə olunduğu və göstərilən xəbərdarlıqlar təsir edir.
Sığorta nəyi təminata alır
İstehsalçıların mülki məsuliyyətinin sığortası sizin məhsulun səbəb olduğu ziyan və ya zərərin nəticəsində təyin olunan hər hansı kompensasiyaya qarşı sizi sığorta edir.
İstehsalçıların mülki məsuliyyətinin sığortası sizi gözlənilməz vəziyyətlərdən sığortalayır. Əgər istehsal etdiyiniz məhsulun keyfiyyəti ilk baxışdan aşağıdırsa, onda siz sığorta ödənişi tələb edə bilməzsiniz. Pis keyfiyyət də sığorta olunmur.
Siz hansı məbləğdə sığorta əldə etməlisiniz?
Sığorta mükafatının məbləğini azaltmaq üçün siz keyfiyyətə nəzarət tədbirlərini həyata keçirməlisiniz. Bu, yalnız daha aşağı sığorta mükafatının olmasını təmin etmir, həm də sığorta tələblərinin baş vermə riskini və bazarda sizin etibarinizin itirilməsi riskini azaldır.


