Ətraf mühitin çirklənməsinə görə məsuliyyət sığortası qəflətən baş verən, gözlənilməz vəziyyətin səbəb olduğu və ətraf mühitə ziyan vurulması nəticəsində meydana çıxan itgi və xərcləri əhatə edir. Bu risklər adətən İtsehlakçıların itgiləri üçün məsuliyyət paketinin bir hissəsi kimi sığorta olunur.
İddialar adətən aşağıdakılarla məhdudlaşır:
- Sizin fəaliyyətinizin səbəb olduğu çirklənmə nəticəsində itgiyə məruz qalmış şəxslərdən daxil olan üçüncü tərəf iddiaları.
- Sizin binaların (qurğuların) və torpağın çirklənmədən təmizlənmə xərcləri.
Sığorta polisi sizə, çirklənməyə siz səbəb olmadığınız halda, (məsələn otelin çimərliyi neftlə çirkləndirilmişdirsə) müəyyən kompensasiyanı təmin edə bilər.
Əgər sizin fəaliyyətinizdə çirklənmə riskinin yüksəkdirsə Siz xüsusi olaraq sizin sektor və ya hətta sizin müəssisəniz üçün sığorta polisini seçə bilərsiniz.
Bu, həmçinin aşağıdakıları əhatə edir:
- Qəza nəticəsində və qəflətən baş verən çirklənmənin təmizlənmə xərclərini;
- İnsanlara və ya əmlaka vurulan ziyan üçün müəyyən olunmuş itgilər;
- Bu cür iddialara qarşı araşdırma aparılmasının və Şirkətin müdafiə olunmasının xərcləri.


