Sığorta mükafatı yəni sığortanın dəyəri statistik hesablamalar əsasında müəyyən olunur və üzərinə sığortaçının xərcləri əlavə olunur.
Sığorta mükafatı həmçinin Thames Insurance Groupun konkret fəaliyyət və ya istehsal sahəsinə aid olan riskin səviyyəsini qiymətləndirməsinə əsasən hesablanır.
Sığorta mükafatına Sizin əvvəlki sığorta zərərləri, riskin ölçüsü və riskin idarə olunması təsir edəcək.
Sizin iş mühiti nə qədər təhlükəsiz olarsa və əvvəllər nə qədər az sığorta tələbi etsəniz, sizin ödəməli olduğunuz sığorta mükafatının məbləği daha aşağı olacaq.
Sizin özünüzün təhlükəsizlik qaydalarına düzgün riayət etməniz və riskin düzgün idarə olunması sığorta mükafatını minimuma endirə bilər.
İşəgötürənin məsuliyyəti işçilərin sayı və onların əmək haqqı səviyyəsinə əsasən qiymətləndirilir. Bundan əlavə, sizin riskərin düzgün idarəedilməsi barədə məlumatlı olmağınız riskin qiymətləndirilməsinə təsir edir.
Cəmiyyət qarşısında məsuliyyət və istehlakçılar qarşısında məsuliyyət üçün təsirə məruzqalma riski dövriyyəyə və sizin öz binalarınızdan uzaqda işləyib-işləməməyiniz kimi amillərə əsaslanır.


