pxl
pxl
bg
Thames Insurance Group
Axtar
pxl
pxl str Şirkət haqqında str Onlayn sığorta str Statistika str Xəbərlər str Əlaqə
aze pxl eng pxl ðóñ
 
Korporativ müştərilər üçün
Fərdi şəxslər üçün
Mühafizə olunmağın ən vacib tədbirləri


str İnşaat sığortası

Inşaat layihəsinin nə dərəcədə böyük və ya kiçik olmasından, onun nə dərəcədə mürəkkəb və ya sadə görünməsindən asılı olmayaraq, risk həmişə ümumi amildir.

Tunellərin, torpaq bəndlərin və ya körpülərin inşası, yaxud layihədə qaz turbinlərinin və ya mürəkkəb elektron avadanlığın quraşdırılması kimi yüksək texnologiya risklərinin ən müasirinin iştirak etməsindən asılı olmayaraq, Thames Insurance Group sığorta sahəsindəki bütün məsələləri həll etməyə qadirdir.

Biz böyük və kiçik həcmlərdə tikintinin layihələndirmə, marketinq və servisini sığortalama layihələrində ixtisaslaşmışıq, harada ki, həm dəyər həm də vaxtla məhdudlaşan qismən üst-üstə düşən əməliyyatların mürəkkəb şəbəkəsi mövcuddur.

Layihənin planlaşdırılması, idarə edilməsi və müvəffəqiyətlə başa çatdırılması səriştə, təcrübə və tədbirlik tələb edir – məhz bu əlamətlər də effektiv sığortanın müvəffəqiyyətlə tamamlanması üçün tələb olunur.

Podratçıların bütün risklərdən sığortalanması – Tikinti işləri itgilərə səbəb ola biləcək mümkün olan bütün qəzalara və gözlənilməz vəziyyətlərə qarşı mühafizə olunmanı tələb edir.

Siz tikinti zamanı və ya hər hansı texniki xidmət dövründə bütün tikinti layıhəsini sığorta etdirə bilərsiniz.

Sığorta sertifikatı Sizi bütün risklərdən sığortalayir və 2 hissəyə ayrılır.

  • Fiziki zərər və itki
  • Üçüncü şəxslər qarşısında məsuliyyət

Biz Sizə həmçinin aşağıdakı təmir-tikinti işlərinin sığortalanmasını təklif edirik:

  • Xüsusi mülklərin tikintisi
  • Ofis əmlakının tikintisi
  • Anbarların tikintisi
  • Yol və körpülərin inşası
  • Kənd təsərrüfatı binalarının tikintisi
  • Xüsusi evlərin təmiri
  • Mənzillərin təmiri
  • Avadanlığın quraşdırılması
  • Podratşıların avadanlıqlarının sığortası

İnşaat layihəsi aşağıdakı risklərə qarşı sığortalanır.

Tikinti işləri müddətində baş verə biləcək yanğın, daşqın, təbii fəlakətlər, nəqliyyat vasıtəsi ilə toqquşma, oğurluq və dıgər hadisələr.

Üçüncü şəxslər qarşısında məsuliyyət

  • Üçüncü şəxslərə vurulan maddı zərər.
  • Üçüncü şəxsə həyat və sağlamlığına vurulan fiziki zərər.
Online Əmlak Sığortası

Online Nəqliyyat Sığortası

İlin Avtomobil Sığortaçısı


pxl bg
Sayt Ceyxun İmanov studiyasında hazırlanıb Əlaqə: Azərbaycan, Bakı, Təbriz küçəsi, 30, AZ1008
T: (+99412) 496 91 01, 496 91 02, 496 91 03, 496 91 04, və 496 91 05
F: (+99412) 496 91 06
Mob: (+99450) 225 63 93
e-Poçt: ins@tig.az
Bütün hüquqları qorunur.