Şirkət haqqında
Thames Insurance Group artıq 1996-cı ildən Azərbaycanın sığorta bazarınada fəaliyyət göstərir. Yarandığı ildən başlayaraq ilk sığorta şirkətlərindən biri kimi sığorta bazarında əsas mövqelərdən birini tutur.
Thames Insurance Group Azərbaycan və Böyük Britaniya arasında müştərək şirkət kimi fəaliyyət göstərir və hər iki tərəfdən səhmdarlara malikdir.
Thames Insurance Group Azərbaycan və Qırğızıstan Respublikalarında uzun müddət fəaliyyət göstərən və hazırda bu ölkələrdə ən əsas sığorta kompaniyalarından sayılan törəmə şirkətlər qrupuna daxildir. 2004-cü ilin əvvəlindən etibarən həmin şirkətlər qrupunun Qafqaz və Orta Asiya üzrə regional mərkəzi olaraq Thames Insurance Group secilmişdir.
Thames Insurance Group beynəlxalq sferada fəaliyyət dairəsini daim genişləndirir. 2004-cü ildə Qırğızıstan Respublikasındakı «Anglo-Kyrgyz Insurance Company»-nin təsisçisi hüququnu almaqla Thames Insurance Group Azərbaycanda xarici ölkədəki şirkətə təsisçilik edən ilk və yeganə sığorta şirkətinə çevrilmişdir.
Şirkət ISO 9001:2000 Beynəlxalq Standartına uyğun olaraq Keyfiyyət Menecmenti Sisteminin sertifikatına almışdır.
2005-2006-cı illərdə şirkət İlin Sığorta Şirkəti adına layiq görülmüşdür.
Şirkətin qarşısında duran əsas məqsədlərdən biri də filial şəbəkəsinin genişləndirilməsidir. Artıq bu istiqamətdə ilkin addım atılmışdır. Belə ki, şirkətin Bakı şəhərindəki baş ofisi ilə yanaşı Gəncə şəhərində filialı fəaliyyət göstərir. Filial şəbəkəsinin genişləndirilməsi sahəsində işlər davam etdirilir. Bu isə şirkətin ildən-ilə artan müştərilərinə yaşadığı regiondan asılı olmayaraq hər növ sığorta xidmətlərindən istifadə etmək üçün bərabər imkan yaradır.
Son illərin maliyyə göstəricilərinə nəzər salsaq görərik ki, şirkətin biznes fəaliyyəti ildən-ilə stabil olaraq genişlənir. Hal-hazırda Thames Insurance Group Azərbaycanın sığorta bazarında sürətlə və dinamik inkişaf edən strukturlardan biridir. Şirkətin aktiv biznes siyasəti sığorta haqqlarının ilbəil artmasına şərait yaratmışdır.
Etibarlılıq, Ədalətlilik, Məsuliyyətlilik, Başqalarına hörmət prinsiplərini əsas götürməklə biz, mövcud bazarda dünya standartlarına cavab verən sığorta xidmətlərinin təşkili və inkişaf etdirilməsini əsas məqsəd kimi seçmişik.
| Direktorlar şurasının sədri Rüfət M. Musayev |


